Azərbaycan Dövlət İnformasiya Agentliyi

2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub

14.06.2025 [12:46]

Xəbərin mətni

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.