Balıqçıların sevimli mövsümü başladı – Salyandan reportaj
01.09.2025 [19:53]
Xəbərin mətni
Azərbaycan ərazisində bu gündən balıq ovuna rəsmi icazə verilib. AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovuna Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başa çatıb.