Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Kiberdə qadınlar” konfransı keçiriləcək

05.09.2025 [12:57]

Xəbərin mətni

Kibertəhlükəsizliyin mənzərəsi getdikcə daha mürəkkəb və qarşılıqlı əlaqəli olduqca, ortaq missiyamız aydın olur – dayanıqlığı gücləndirmək, etimadı möhkəmləndirmək və milli səviyyədə, eləcə də sərhədlərdən kənarda ortaya çıxan çağırışlara səmərəli cavab verə biləcək ekspert icmaları yaratmaq. Bu barədə Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi, “Şərq Tərəfdaşlığı ölkələrinə kiberdavamlılığın gücləndirilməsi” layihəsinin qrup rəhbəri Elza Neeme “Dövlət Qurumları İnformasiya Təhlükəsizliyi Rəhbərlərinin 6-cı Zirvə toplantısı”nda çıxışı zamanı deyib.