Çinin Yivu şəhərindən Avropaya yola düşən qatar Bakıya çatıb
09.09.2025 [16:34]
Xəbərin mətni
Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin– Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirildi. Tədbirdə çıxış edənlər dəhlizin beynəlxalq yükdaşıma üçün daha sabit və təhlükəsiz yol olduğunu, eləcə də, Çin və Azərbaycan arasında iqtisadi və strateji münasibətlərin güclənməsinə töhfə verdiyini vurğuladılar.