Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Elektrik stansiyalarında istifadə olunan yanacağın optimallaşdırılması daha çox təbii qazı ixraca yönəldəcək

10.09.2026 [17:11]

Xəbərin mətni

Son illər Azərbaycanda elektroenergetika sahəsində çox böyük işlər görülüb. Ölkə həm ilbəil elektrik enerjisi istehsalını artırır, həm də bu sahədə potensialını yüksəldir. Azərbaycan 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerjinin payını ən azı 30 faizə çatdırmağı hədəfləyir. Bu hədəf müəyyənləşdirilərkən ümumi enerji istehsalında pay cəmi 4-5 faiz təşkil edirdi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.