Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pərviz Şahbazov: Azərbaycan və Türkiyə qurumları üçüncü ölkələrdə birgə fəaliyyət imkanlarını araşdırır

11.09.2026 [16:08]

Xəbərin mətni

SOCAR Türkiyə, İstanbul hava limanlarında yanacaq doldurma xidmətləri göstərən şirkətlər və digər layihələr bu əməkdaşlığın mühüm istiqamətlərindəndir. Türkiyədə yeni neft-kimya güclərinin yaradılması istiqamətində fəaliyyət, eləcə də enerji sahəsində yeni layihələr iqtisadi əlaqələri genişləndirərək enerji inteqrasiyasını daha da möhkəmləndirir. Bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan-Türkiyə V Enerji Forumunda çıxışı zamanı deyib.