Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keşlədə təmir olunan küçənin bir hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq

11.09.2026 [12:10]

Xəbərin mətni

Nizami rayonunda, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsində təmir işləri aparılır. Təmir işlərinin gedişindən asılı olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırıla bilər. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.