Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suverenlik uğrunda şəhadətə ucalan qəhrəman

24.09.2025 [16:54]

Xəbərin mətni

İki il bundan əvvəl Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbiri nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində Konstitusiya quruluşu və suverenliyi tam şəkildə bərpa edildi. 30 ilə yaxın davam edən separatçılıq siyasətinə son qoyuldu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Azərbaycan Ordusunun Qarabağda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinə qarşı apardığı antiterror tədbirində şəhid olan igidlərdən biri də Elsevər Qardaşzadədir.