Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC-ın kollektivi Bakıda Zəfər parkını ziyarət edib

27.09.2025 [19:42]

Xəbərin mətni

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlanmasından beş il ötür. Xalqımız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad edir. 27 Sentyabr - Anım Günü ilə əlaqədar AZƏRTAC-ın da kollektivi Zəfər parkında olub, buradakı abidə önünə gül dəstələri qoyub.