Viorel Gutu: Kənd icmalarının həyati elementi olan fermerləri qorumağa çalışmalıyıq
01.10.2025 [15:04]
Xəbərin mətni
Bakıda keçirilən COP29-da konkret həllər və məhsuldar danışıqlar əldə olundu. COP29 yalnız danışıqlardan ibarət deyildi, həm də real nəticələr doğurdu. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.