Hesablama Palatasının sədri: Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 122,1 milyon manat daxil olub
04.11.2026 [18:27]
Xəbərin mətni
2027-ci ildə dövlət büdcəsi kəsirinin əvvəlki illə müqayisədə artacağı, onun maliyyələşdirilməsində isə əvvəlki illərdə olduğu kimi əsasən borclanma mənbələrinə üstünlük veriləcəyi proqnozlaşdırılıb. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.