Azərbaycan Dövlət İnformasiya Agentliyi

Read Qasımov: Əhalinin gündəlik şəhər mərkəzi və geriyə hərəkəti nəqliyyat sisteminə əlavə yük yaradır

04.11.2026 [19:45]

Xəbərin mətni

Bakı şəhərinin inkişaf potensialı böyükdür. Bu potensialın reallaşdırılması üçün daşınmaz əmlak bazarına cəlb olunan investorların və investisiyaların düzgün istiqamətləndirilməsi, şəhərin müxtəlif ərazilərində həyata keçirilən layihələrin uzunmüddətli inkişaf perspektivlərinin nəzərə alınması vacibdir. AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI