Rəhman Hacıyev: Azad edilmiş ərazilərdə yaşayış evlərinin konservasiyası tarixi yaddaşın qorunması baxımından əhəmiyyətlidir
04.11.2026 [19:50]
Xəbərin mətni
Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız yaşayış binalarının və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Əsas məqsəd insanların bu ərazilərə müvəqqəti istirahət üçün deyil, daimi yaşamaq və fəaliyyət göstərmək üçün qayıtmasını təmin etməkdir. Dayanıqlı məskunlaşmanın formalaşdırılması qarşıda duran əsas çağırışlardan biridir. AZƏRTAC xəbər verir ki, bu fikirlər Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevin “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən “Yenidənqurma və yeni baxış: Azərbaycanın şəhərsalma konsepsiyası” adlı paneldə çıxışı zamanı səsləndirib.