Ralf Horlemann: Azərbaycanda Orta Dəhlizin fəaliyyəti üçün geniş infrastruktur layihələr həyata keçirilib
07.10.2025 [20:54]
Xəbərin mətni
Avropa ilə Asiya qitələri arasında ticarət əlaqələrinin inkişafına böyük stimul verən Orta Dəhliz sülh prosesi üçün də əhəmiyyət kəsb edir. Çünki söhbət Azərbaycanın Ermənistan üzərindən Türkiyə və Avropa İttifaqı ilə birləşməsindən gedir. AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransı çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.