Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNESCAP rəsmisi: Azərbaycanın iqlim siyasəti şəhərlərin dayanıqlığını gücləndirir

17.10.2025 [12:05]

Xəbərin mətni

BMT tədqiqatları göstərir ki, bir çox ölkələrdə iqlim siyasətləri ya zəif, ya da orta səviyyədə şəhər komponentinə malikdir. Lakin Azərbaycan bu baxımdan fərqlənir. Ölkə yerli səviyyədə həlləri milli məqsədlərə daxil etməklə “iqlim çempionu” statusunu qazanıb. Bu barədə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı Şöbəsinin rəhbəri Kurt Qarriqan “İqlimə davamlı və sağlam şəhərlər” adlı panel sessiyasında çıxışı zamanı deyib.