Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kurt Qarriqan: COP29 Azərbaycanın iqlim dəyişmələrinə ciddi yanaşdığını göstərdi

17.10.2025 [12:08]

Xəbərin mətni

Azərbaycanın COP29-u uğurla keçirməsi onun iqlim dəyişmələrinə ciddi önəm verdiyini və bu istiqamətdə tutarlı addımlar atdığını göstərdi. İqlim dəyişmələri zamanı şəhərlərin inkişafı və karbonsuzlaşdırılması olduqca mühüm məsələdir. Bu sözləri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Davamlı Şəhər İnkişafı Şöbəsinin rəhbəri Kurt Qarriqan III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllər” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.