Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

25.10.2025 [12:44]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən Naxçıvan şəhəri, Topçubaşov, 34 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Fərmail Zeyqəm oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb.