Cəbrayıl şəhər məscidində eyni vaxtda 615 nəfər ibadət edə biləcək
29.10.2025 [21:01]
Xəbərin mətni
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində bərpa və quruculuq işləri geniş vüsət alıb. Yeni-yeni binalar inşa olunur, evlər, məktəblər tikilir, infrastruktur yaradılır. Həmçinin tarixi və dini məkanlar, o cümlədən dağıdılmış məscid və digər dini məbədlər bərpa olunur. Ötən gün - oktyabrın 28-də dövlətimizin başçısı tərəfindən Cəbrayıl şəhər məscidinin təməlinin qoyulması da bu əlamətdar işlərin bir təzahürüdür.