Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransız modelyer Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib

12.11.2025 [21:30]

Xəbərin mətni

Həmişə olduğu kimi, Azərbaycanın Parisdəki səfirliyi möhtəşəm gecə təşkil edib. Milli ənənələrin müasirliklə sintezi möhtəşəmdir. Gənc pianoçu Mirsəməd Növrəslini dinləməkdən çox məmnun oldum. Bu fikri Parisdə Zəfər Gününün 5-ci ildönümü münasibətilə “Qələbə Ritmləri” adlı musiqi gecəsində iştirak edən Fransanın moda sahəsində öz məktəbini yaradan Tilman Qrav AZƏRTAC-a müsahibəsində deyib. O, Şahin Növrəslini tanıdığını və buna görə Mirsəmədi də hələ kiçik yaşlardan izlədiyini və onun ifasına heyran olduğunu qeyd edib. Xüsusilə də ata və oğulun milli musiqi ilə cazın sintezini pianoda möhtəşəm təqdim etdiklərini diqqətə çatdırıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI