Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik İsa Həbibbəyli: Mərkəzi Elmi Kitabxananın Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olub

21.11.2025 [17:10]

Xəbərin mətni

Mərkəzi Elmi Kitabxananın Milli Elmlər Akademiyasının, eləcə də Azərbaycan elminin, yeni nəsillərin inkişafında və formalaşmasında müstəsna xidmətləri olub və bugünkü konfransla 1925-ci ildən, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti zamanından fəaliyyət göstərən kitabxananın 100 illik inkişaf yoluna nəzər salırıq. Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli noyabrın 21-də Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI