Akademik İsa Həbibbəyli: Heydər Əliyev-İlham Əliyev epoxası Azərbaycanın dünəni, bu günü və sabahıdır
12.12.2025 [14:47]
Xəbərin mətni
Ulu Öndər Heydər Əliyev öz xalqının böyük məhəbbətini, dərin sevgisini, milli qürur və iftixar duyğusunu qazanmış tarixi şəxsiyyətdir. Dünya tarixinin yeni dövrünün qurulmasında da Heydər Əliyevin böyük xidmətləri var. Bu gün Ulu Öndərin adı yeni dünyanın qurucuları, liderləri sırasında iftixarla çəkilir. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib.