Azərbaycan Dövlət İnformasiya Agentliyi

Katib: Biz Azərbaycanla birgə xüsusi layihələri həyata keçirə biləcəyimizi müəyyənləşdirməkdə maraqlıyıq

15.12.2025 [18:32]

Xəbərin mətni

Ukraynada baş verən münaqişə qlobal ərzaq bazarlarında dərin təlatümlər yaradaraq, ərzaq təhlükəsizliyinin artıq təkcə iqtisadi deyil, həm də geosiyasi məsələ olduğunu bir daha ön plana çıxarıb. Qlobal Ərzaq Təhlükəsizliyi üzrə Təşəbbüsün katibi Conrad Reinin AZƏRTAC-a müsahibəsində qlobal ərzaq təhlükəsizliyi mənzərəsi, Ukrayna münaqişəsinin təsirləri, eləcə də Azərbaycanın bu çağırışlar fonunda oynaya biləcəyi rol, beynəlxalq təşəbbüslər, investisiya imkanları və kənd təsərrüfatının davamlı inkişaf perspektivləri ətraflı şəkildə müzakirə olunur.