Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Avant Park” yaşayış kompleksi sakinlərin istifadəsinə verilib

17.12.2025 [11:42]

Xəbərin mətni

Paytaxtın Yasamal rayonu ərazisində “Avant Park” yaşayış kompleksi sakinlərin istifadəsinə verilib. Şəhərin ən hündür və səfalı ərazilərindən birində, Yasamal rayonu Abbas Mirzə Şərifzadə 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksi yeni şəhərsalma prinsiplərinə uyğun olaraq müasir memarlıq üslubunda təhvil verilib. Burada yaşıllıqlarla əhatə olunmuş geniş həyətlər sakinlərin yüksək həyat tərzini təmin edir.