Azərbaycan Dövlət İnformasiya Agentliyi

KOBİA: Azərbaycan fermeri artıq brend yaradan güclü iqtisadi subyektdir

17.12.2025 [15:22]

Xəbərin mətni

Azərbaycan fermeri və aqrar sahibkarı artıq brend yaradan, bazarları araşdıran, innovasiyalara açıq olan güclü iqtisadi subyektdir. Hesab edirik ki, bu festivallar təkcə məhsulların nümayişi deyil, eyni zamanda ölkəmizin aqrar sektorunun potensialının, zəhmətkeş fermerlərimizin və sahibkarlarımızın əzminin, innovativ yanaşmalarının bariz göstəricisidir. Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar Biznes Festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.