Vətəndaşların ASANlaşan həyatı: “Burada yüksək səviyyədə xidmət göstərilir...” - REPORTAJ
29.12.2025 [17:42]
Xəbərin mətni
Düz 13 il öncə, 2012-ci il dekabrın 29-da vətəndaşların həyatına onların işlərini asanlaşdıran və cəmiyyətə rahatlıq bəxş edən müasir bir dəyər - "ASAN xidmət" daxil oldu. Həmin gündən etibarən vətəndaşlar uzun yolların, bitməyən növbələrin və qarışıq sənədlərin yükündən azad olmağa başladılar. Artıq hər kəs müxtəlif dövlət qurumlarına ayrı-ayrılıqda getmədən, bir məkanda çox sayda xidmətləri ala bilirdi. Zamanla xidmətin şəbəkəsi genişləndi, ölkənin dörd bir yanını əhatə etdi. Çox keçmədən Azərbaycanın milli brendinin səs-sorağı ölkə hüdudlarını da aşmağı bacardı. "ASAN xidmət" təcrübəsi 13 il ərzində dörd qitədən olan ölkələrin marağına səbəb oldu.