Süni İntellekt Mərkəzinin əsas istiqaməti elmi-tədqiqat işlərinin sənaye mühitində tətbiq olunmasıdır
29.01.2026 [14:39]
Xəbərin mətni
Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamı əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Süni İntellekt Mərkəzi yaradılıb. Mərkəzin əsas mahiyyəti universitet, sənaye və elmi tədqiqatlarla bağlı vahid paylayıcı şəbəkə rolunu oynamaqdır. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində AzMİU-nun rektorunun rəqəmsallaşma və süni intellekt məsələləri üzrə müşaviri Sərxan Talıbzadə söyləyib.