Azərbaycan futbolunda yeni texnologiya: AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
02.04.2026 [13:59]
Xəbərin mətni
AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib. AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc oyunçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan verəcək.