Daşkənddə beynəlxalq konfrans çərçivəsində zəngin mədəni proqram təqdim edilib
09.04.2026 [16:56]
Xəbərin mətni
Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universiteti və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Nizami Gəncəvi və Əlişir Nəvai paralelləri” mövzusunda beynəlxalq konfrans çərçivəsində geniş mədəni proqram təqdim olunub.