Rafael Hüseynov: Azərbaycan ilə Özbəkistan arasında dostluq münasibətləri uğurla davam etdirilir
08.04.2026 [16:23]
Xəbərin mətni
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılmış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzində Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov universitetin müəllim və tələbələri ilə görüşüb.