Hanan Xalifa: Süni intellekt vasitələrindən istifadə edərkən tənqidi düşüncəmizi qorumalıyıq
10.04.2026 [13:55]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi keyfiyyətə nə qədər diqqət yetirdiyini və ədalətli qiymətləndirmə modelinin tətbiq edildiyini davamlı şəkildə göstərir. Bunu Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa “Süni intellekt dövründə qiymətləndirmə savadlılığı: islahatların effektivliyini təmin edən bacarıqların formalaşdırılması” adlı məruzə ilə çıxış edərkən deyib.