Bəhram Bağırzadə: Anar Məmmədxanov məni 16 yaşımda “kəşf edərək” komandaya çağırdı
21.04.2026 [15:42]
Xəbərin mətni
Anar Məmmədxanov istedadlı gəncləri sənətə cəlb edərək, hər zaman onlara dəstək olmağa çalışırdı. O, 16 yaşımda məni də “kəşf edərək” “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun komandasına çağırdı və bu, həyatımda dönüş nöqtəsinə çevrildi. Bunu Əməkdar artist Bəhram Bağırzadə deyib.