Elmira Axundova: “Anar Məmmədxanov. Kapitanın taleyi” kitabı tezliklə Azərbaycan dilində təqdim olunacaq
21.04.2026 [15:53]
Xəbərin mətni
Anar Məmmədxanovun vəfatından bir neçə il sonra onun haqqında kitab yazmağa başladım. Onun həyat yoldaşı İradə Məmmədxanovanın da köməyi ilə bir il ərzində materialları topladım və üzərində işlədim. Kitabda Anarı tanıyan hər kəs - dostları, ailə üzvləri və yaxınları öz xatirələrini bölüşdü. Nəticədə “Anar Məmmədxanov. Kapitanın taleyi” adlı kitab nəşr olundu. Biz kitabı 2018-ci ildə həm Moskvada, həm də Bakıda təqdim etdik. Bunu Xalq yazıçısı Elmira Axundova deyib.