Ufuk Turqaner: Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub
06.05.2026 [13:00]
Türk dünyasında transformasiya və inteqrasiyanın son illərdə həm siyasi, həm də akademik olaraq daha çox əhəmiyyət qazandığına şahidlik edirik. Bu geniş coğrafiyada Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub. Bunun nəticəsində də iqtisadi, mədəni və siyasi əlaqələr genişlənməkdədir. Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri təsadüf deyil. Türk dünyasının ayrılmaz parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ana vətənimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilib. Bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.