Birol Akgün: Türk dünyasının innovasiya yaradan mərkəzə çevrilməsində akademik ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür
06.05.2026 [13:31]
Xəbərin mətni
Bizim əsas məqsədimiz Türk dünyasını texnologiya istehsal edən, qlobal dəyər zəncirinə istiqamət verən və innovasiya yaradan güclü bir mərkəzə çevirməkdir və bu yolda universitetlərimizin, tədqiqat mərkəzlərimizin, gənclərimizin, ümumilikdə isə bütün akademik ictimaiyyətimizin üzərinə böyük məsuliyyət düşür. Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.