Nazir: Ulu Öndərin irsinin öyrənilməsi, onun fikir və ideyalarının gənclər arasında təbliği olduqca vacibdir
07.05.2026 [12:38]
Xəbərin mətni
“Ən yaxşı təqdimat” Azərbaycanın köklü, ənənəvi təhsil müsabiqələrindən birinə çevrilib. Ulu Öndərin ideyalarını, fikirlərini, o cümlədən dövlətçilik, milli, ideoloji məsələlər, iqtisadiyyat, təhsil haqqında, həmçinin Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması və inkişafı istiqamətində olan fikirlərini, dəyərlərini gənclər arasında, məktəblilər arasında təbliğ etməliyik. Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.