Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Əhmədov: “Ən yaxşı təqdimat” müsabiqəsi Heydər Əliyev irsinin təbliğ edilməsində xüsusi rol oynayır

07.05.2026 [13:37]

Xəbərin mətni

Ulu Öndər Heydər Əliyevin irsinin öyrənilməsi, əbədiləşdirilməsi məqsədilə məktəblilər arasında “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul etdik. İyirmi ildən çoxdur ki, Azərbaycanda Heydər Əliyev irsinin gənclərimiz arasında təbliğ edilməsində, öyrənilməsində bu müsabiqə xüsusi rol oynayır. Heydər Əliyev həmişə vurğulayırdı ki, hər bir xalqın əsas dayağı, istinad nöqtəsi gənclərdir. O, gənclərə həmişə iki tövsiyəsini bildirərdi; birincisi, vətəni sevmək, sözün həqiqi mənasında vətənpərvər olmaqdan ibarət idi. İkincisi isə elmə, biliklərə yiyələnmək, müasir texnologiyaları və vərdişləri öyrənməklə əlaqədar idi. AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI