Tahir Budaqov: “Ən yaxşı təqdimat” müsabiqəsi vətənpərvər gəncliyin yetişməsi baxımından xüsusi əhəmiyyət kəsb edir
07.05.2026 [14:14]
Xəbərin mətni
Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın tərəqqisinə xidmət edən misilsiz işlər görüb. Ulu Öndərin xalqımızın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri də tarixi ənənələrə, milli dəyərlərə və zamanın çağırışlarına uyğun mütərəqqi gənclər siyasətinin həyata keçirilməsidir. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.