Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-ün milli koordinatoru: Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün Azərbaycan əlindən gələni edir

19.05.2026 [19:43]

Xəbərin mətni

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) qürurla ev sahibliyi edir. Gündəlik həyatımızda baş verən problemlərin aradan qaldırılması üçün xüsusilə Azərbaycan əlindən gələni edir. Bunu WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Urban Expo” sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.