Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRTAC komandasının WUF13 zamanı fəaliyyəti

23.05.2026 [20:43]

Xəbərin mətni

AZƏRTAC komandası Bakıda keçirilən WUF13-ü yüksək operativlik və peşəkarlıqla işıqlandıraraq tədbirin ən yaddaqalan anlarını oxucularına və izləyicilərinə çatdırdı. Ekranda görünən görüntülərin arxasında isə böyük zəhmət, sürətli hazırlıq prosesi və koordinasiyalı komanda işi dayanırdı. Təqdim olunan bu kadrlarda məhz həmin görünməyən məqamlar – kameraların arxasındakı dinamika və həmkarlarımızın fəaliyyəti əks olunub.