Yağışlı havaya görə təkrar imtahan keçiriləcək – kimlər iştirak edə bilər?
25.05.2026 [12:23]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün iyunun 21-də imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.