Teymur Musayev: Tibdə rəqəmsal texnologiyalar və süni intellekt üzrə kurslar keçiriləcək
03.06.2026 [13:51]
Xəbərin mətni
Növbəti tədris ilindən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, ADA Universiteti və MEGASEC şirkətinin birgə təşkilatçılığı ilə “Tibdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kurslar keçiriləcək. Bunu “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı səhiyyə naziri Teymur Musayev deyib.