Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar Bağırov: Qərbi azərbaycanlıların deportasiyası beynəlxalq hüquq müstəvisində qiymətləndirilməlidir

03.06.2026 [15:28]

Xəbərin mətni

Qərbi Azərbaycan coğrafi bir anlayışdan daha geniş və əhatəli bir məfhumdur. Bu torpaqlar üzərindəki azərbaycanlıların varlığı min illərə uzanır. Onların bu torpaqlarda doğulması, yaşaması, həmin torpaqların daşını, suyunu, havasını canlarının bir parçasına çevirməsi heç bir sənədlə inkar edilə bilməyəcək tarixi bir həqiqətdir. Lakin 1987-1991-ci illərdə ermənilər tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində 300 minə yaxın azərbaycanlı öz torpaqlarından zorla qovulub. Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfransda deyib.