Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var

04.06.2026 [13:41]

Xəbərin mətni

Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil ilə “Mitsubishi Pajero” markalı minik maşınları toqquşub. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib, 5 nəfər xəsarət alıb.