Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

08.06.2026 [15:10]

Xəbərin mətni

İyunun 12-14-də paytaxtın bir neçə məkanında və “Sea Breeze” kurort kompleksində keçiriləcək 3-cü Beynəlxalq Yoqa Festivalı olan “Nine Senses Fest-2026” ərəfəsində qarşıdakı tədbirin proqramı və konsepsiyası ilə bağlı mətbuat konfransı təşkil olunub. “Nine Senses” mərkəzinin akademik direktoru Natalya Jukova festivala hazırlıq işlərinin son mərhələyə qədəm qoyduğunu və intensiv templə davam etdiyini diqqətə çatdırıb.