Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır
10.06.2026 [23:19]
Xəbərin mətni
Rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların informasiya əldə etmə imkanlarını genişləndirsə də, bu sahədə mövcud tendensiyaların elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Uşaqların sosial media və digər rəqəmsal platformalarda davranışları ilə bağlı müzakirələr zamanı emosional yanaşmadan daha çox faktlara əsaslanmaq vacibdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.