Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ

12.06.2026 [17:07]

Xəbərin mətni

Bəzən həyat bircə saniyədə, bircə büdrəmə ilə tamamilə dəyişir. Hər şeyin qaydasında olduğu, gələcəyin parlaq göründüyü bir uşaqlıq dünyası anidən alt-üst ola bilir. 10 il əvvəl, avqustun 1-də bir ana üçün zaman elə bil dayandı. Sağlam, şahmat taxtasında qızıl medal qazanan 8 yaşlı Əli çarpayıdan yıxılaraq ağır qapalı kəllə-beyin travması aldı. 15 günlük koma... Əli həyata geri döndü, amma artıq əvvəlki kimi deyildi. Nə yerimək qabiliyyəti qalmışdı, nə də tək bircə kəlmə sözü... Bu gün isə həmin Əli Türkiyənin ən nüfuzlu təhsil ocaqlarından biri olan Bilkent Universitetinin Tətbiqi elmlər fakültəsində informasiya sistemləri və texnologiyaları ixtisası üzrə (CTİS) təhsil alır. Bu, sadəcə bir uğur hekayəsi deyil, bu, dörd divar arasındakı qaranlıq qutuya sığmayan bir iradənin və bir ananın qəhrəmanlıq dastanıdır.