Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

16.06.2026 [16:43]

Xəbərin mətni

Bu gün Ağcabədi rayonunda Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələri ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirildi. Hesab edirik ki, müşavirə Dövlət Proqramında qarşıya qoyulmuş hədəflərin izahı, bu barədə ictimaiyyətin, fermerlərin, sahibkarların, xüsusilə də yerli icra hakimiyyəti orqanlarının məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, regional müşavirənin dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin təşkili baxımından da xüsusi əhəmiyyəti olacaq. Bunu Ağcabədidə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.