Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir

16.06.2026 [18:17]

Xəbərin mətni

Bu gün Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə yeni Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran vəzifələri və atılacaq addımları müzakirə etdik. Müşavirə çərçivəsində, həmçinin sahibkarlarla görüşüb, onları narahat edən məsələri dinləmək imkanımız oldu. Onlara proqramın mahiyyəti, əldə edə biləcəkləri güzəştlər, dövlət dəstəyi haqqında ətraflı məlumat verildi. Bu gün də daxil olmaqla, artıq yeddinci müşavirə keçirildi və hər bir tədbirdə 250-260 sahibkar iştirak edib. Bu müşavirələrdə sahibkarların təklif və fikirləri də nəzərə alınır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Qubada keçirilən regional müşavirədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev jurnalistlərə müsahibəsində söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI