Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə
16.06.2026 [19:02]
Xəbərin mətni
Azərbaycanda ippoterapiyadan istifadə edənlərin sayı artmaqdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məlumatına görə, ölkəmizdə 2022-ci ildən tətbiqinə başlanılan bu üsuldan indiyədək 1500 nəfər faydalanıb. Agentliyin reabilitasiya mərkəzlərində müalicə alan əlilliyi olan şəxslər üçün ippoterapiyanın müsbət təsirləri isə olduqca çoxdur.