Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

16.06.2026 [19:07]

Xəbərin mətni

Aqrar sahə üzrə yeni Dövlət Proqramında Lənkəran-Astara iqtisadi rayonunda əsas prioritet istiqamətlərdən biri intensiv bağçılığın inkişaf etdirilməsi və müasir suvarma sistemlərinin tətbiqidir. Təcrübə göstərir ki, müasir suvarma texnologiyaları məhsuldarlığın artırılmasına birbaşa və əhəmiyyətli təsir göstərir. Məhz buna görə də bu istiqamət proqramın fundamental hədəflərindən biri kimi müəyyənləşdirilib və region üçün xüsusi əhəmiyyət daşıyır. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Lənkəranda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramına həsr olunan regional müşavirə çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI